Press "Enter" to skip to content

Güney Azərbaycanlı “Mossad”a casusluqda günahlandırıldı

Hüseyn Şənbəzadə

BAYRAQDAR MEDİA – İyunun 4-də İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin qüvvələri tərəfindən Güney Azərbaycanın Ərdəbil şəhərində həbs olunan redaktor, tərcüməçi və sosial media fəalı Hüseyn Şənbəzadəyə qarşı ağır ittiham irəli sürülüb.

Bu barədə xəbəri “Azad İran” Telegram kanalı İran İnsan Haqları Təşkilatına istinadla yayıb.

Ərdəbil əyalətinin inqilab prokuroru Cəlal Afaqi fəal haqqında bildirib ki, “o, sosial şəbəkələrdən biri vasitəsilə “Mossad” kəşfiyyat xidmətinin yüksək rütbəli rəsmiləri ilə əlaqə qurub. Redaktor fəaliyyəti adı altında zəruri məlumatları ölkə daxilindən toplayıb və onlara göndərib”.

Məlumata görə, sosial media istifadəçiləri fəalın sosial media hesabından İranın ali dini rəhbəri Əli Xameneyinin tvitinə yalnız nöqtə atmasına görə saxlanıldığına dair paylaşımlar ediblər.

Mission News Theme by Compete Themes.