Press "Enter" to skip to content

Güney Azərbaycanda daha bir fəaldan xəbər yoxdur

Səyyad Məhəmmədian

BAYRAQDAR MEDİA – Tehranda ETTELAAT İdarəsinin təcridxanasında saxlanıldığı deyilən Güney Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad Məhəmmədiandan (Ovçu) ailəsi 22 gündür xəbər ala bilmir.

Bu barədə xəbəri Güney Azərbaycan Demokratik Türk Birliyi yayıb.

Xəbərdə deyilir ki, “Qoşaçaydan olan fəal yalnız bir dəfə həyat yoldaşı Rübabə Quluzadə ilə qısa telefon danışığı zamanı səhhəti barədə məlumat vermiş və sözügedən təcridxanada saxlanıldığını bildirmişdir”.

Məlumata görə, fəalın hazırda harada saxlandığı və hansı səbəbdən həbs olunduğu məlum deyil.

Qeyd edək ki, Səyyad Məhəmmədian mayın 15-də səhər saatlarında ETTELAAT qüvvələri tərəfindən Kərəc şəhərində həbs edilib.

Mission News Theme by Compete Themes.