Son yeniləmə: 6 İyun 2024 09:56
BAYRAQDAR MEDİA – Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəsmi dəvəti ilə Bakıda səfərdə olan KKTC Cümhuriyyət Məclisinin sədri Zorlu Töre KKTC-nin Azərbaycandakı nümayəndəliyində olub.
Bu barədə KKTC parlamentinin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, “Nümayəndəliyə gəldikdən sonra Z.Töre səfir Ufuk Arca Turganer və nümayəndəliyin əməkdaşları tərəfindən qarşılanıb. O, burada görülən işlər haqqında məlumat alıb”.
Məlumata görə, Azərbaycanla son zamanlar geniş vüsət alan əlaqələrə böyük önəm verdiklərini deyən Z.Töre bu baxımdan KKTC Azərbaycan Nümayəndəliyinin mühüm rolu olduğunu qeyd edib. O, Nümayəndəlik əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb.
Səfər zamanı Z.Töreni özel kalem müdürü İrem Uygun müşayiət edib.