Son yeniləmə: 6 İyun 2024 18:31
BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı (MEK) nəşrlərdən biri də Kərkük Kültür Dərnəyinin sədri, Prof. Dr. Şəmsəddin Küzəçinin “Kərkük şairləri (İraq türkman şairləri)” kitabıdır.
Kitab əsasən son illərdə yaşayan Kərkük şairləri ilə bağlıdır.
Nəşrin arxa qabığında qeyd edilir: “Kitabda sadəcə 100 İraq türkman şairinin bioqrafiyasını və şeirlərini Azərbaycan türkcəsinə tərcümə edə bildik. İnşallah gələcəkdə digər türkman şair və yazıçılarının da əsərlərini tərcümə etməyə söz veririk. Bunu xüsusilə qeyd etmək istəyirik ki, Kərkük adı İraq türklərinin rəmzi adı olduğuna görə kitabımıza “Kərkük şairləri” adını vermişik. Bu əsərimizin İraq türkmanlarına aid tədqiqatların çatışmazlığına və türkmanların unudulmağa üz tutmuşluğuna diqqət çəkəcəyini, eyni zamanda, türkman ədəbiyyatı və şairləri haqqında Azərbaycanda böyük bir boşluğu dolduracağına inanırıq”.
Qeyd edək ki, kitabı Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdıran Arzu Novruzova, redaktorlar isə Prof. Qəzənfər Paşayev, iqtisad elmləri doktoru Rəsmiyə Sabir, publisist Əkbər Qoşalıdır.