BAYRAQDAR MEDİA – Güney Azərbaycanda Taxt Süleyman abidəsindən 3 km Qərbdə yerləşən içi boş konus formalı Süleyman həbsxanası dağı qədim Manna tayfası ilə bağlı tarixi əsərləri özündə daşıyan ən maraqlı geoturizm yerlərindən biri hesab edilir.
Bu barədə xəbəri “Güney AzFront” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “107 metr yüksəklikdə olan bu dağın çuxurunun dərinliyi 85 metr, oval açılışının diametri 65 metrdir”.
Məlumata görə, yerli əhali dağı Süleyman zindanı və ya Div zindanı olaraq tanıyır.
Yerli inanclarda bildirilir ki, “Hz. Süleyman ona tabe olmayan cinləri cəzalandırmaq üçün qara dəliyə bənzəyən və çıxış yolu olmayan Süleyman həbsxanasını tikdirir və onun əmrinə tabe olmayan divləri orada həbs edir”.