Press "Enter" to skip to content

“Nar” daha bir tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı olub

“Nar”ın AHK Azərbaycan ilə əməkdaşlığının əsas məqsədi ölkənin biznes mühitinin inkişafına dəstək olmaqdır

Son yeniləmə: 5 İyun 2024 11:06

BAYRAQDAR MEDİA – “Nar”Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) 2 iyunda keçirilən tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib. Mərasim ölkə daxilində fəaliyyət göstərən müxtəlif sektorlardanolan özəl şirkətlərin və dövlət qurumlarının nümayəndələrini bir araya gətirib.

BAYRAQDRAR MEDİA-ya verilən məlumata görə tədbirdə şəbəkələşmə, əməkdaşlıq və yenilikçi ideyaların mübadiləsi üçün əhəmiyyətli platforma imkanları təqdim edilib: “Kiçik və orta bizneslərin böyüməsini və səmərəliliyini dəstəkləmək üçün “Nar” xüsusi olaraq hazırlanmış telekommunikasiya həllərini nümayiş etdirib. Bu həllər “Nar”ın biznesləri sərfəli xidmətlərlə təmin etmək öhdəliyinin bir hissəsidir”.

Məlumata əsasən tədbirdə fəxri qonaq qismində çıxış edən “Nar”ın baş icraçı direktoru Qunnar Panke AHK Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu vurğulayaraq bildirib: “Telekommunikasiya sahəsində müxtəlif ehtiyaclara uyğun xidmətləri sərfəlilik strategiyamıza əsasən formalaşdırırıq. Xidmət və məhsullarımız müştərilərimizə ünsiyyəti hər zaman daha yaxın edir. Çünki “Nar” sənə ən yaxındır”.

Xəbərdə o da qeyd edilib ki, AHK Azərbaycan 2012-ci ildən etibarən Alman iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. 180-dən çox üzv şirkəti ilə AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır. “Nar”ın AHK Azərbaycan ilə əməkdaşlığının əsas məqsədi ölkənin biznes mühitinin inkişafına dəstək olmaqdır.

Mission News Theme by Compete Themes.