BAYRAQDAR MEDİA – İyunun 5-də Güney Azərbaycan milli hərəkatının fəalı Məhəmməd Əli Rezai Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə çağırılıb.
Bu barədə xəbəri “Güney AzFront” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “müxalifət qruplarına mənsub olduğuna görə ondan şikayət edildiyi bildirilir”.
Məlumata görə, bundan əvvəl güneyli fəalın işi 2023-cü ilin may ayında İnqilab Məhkəməsinə verilib.