Press "Enter" to skip to content

Denizlidə muxtardan lisey şagirdlərinə təqaüd

Son yeniləmə: 5 İyun 2024 11:21

BAYRAQDAR MEDİA – Denizlinin Çameli mahalının Elmalı İlçesi muxtarı Fatih Maden gənclərin təhsil həyatında qarşılaşdıqları iqtisadi çətinlikləri aradan qaldırmaq üçün mənalı addım atıb.

Bu barədə denizli24haber.com saytı mılumat yayıb.

Məlumatda qeyd edilib ki, muxtar Fatih Madenin bu nümunəvi davranışı vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Muxtar sosial şəbəkə hesabından paylaşım edib. Açıqlamada deyilir: “Gələcəyin həkimləri, mühəndisləri, hüquqşünasları, müəllimləri, məhəlləmizin əziz gəncləri. Elmalı Məhəlləsi muxtarı olaraq, Elmalı Orta Məktəbindən bu il Elm Liseyini keçən bütün şagirdlərimizə orta məktəb həyatı boyu aylıq 1500 lirə təqaüd verəcəyəm”.

Muxtar Elmalı orta məktəbində təhsil alan 120 şagirdə bu mühüm dəstəyi verəcəyini bildirib.

Orta məktəb təhsili boyunca Elm Liseyi şagirdlərinə aylıq 1500 TL təqaüd verəcəyini açıqlayan F.Maden bu addımı ilə onların təhsil həyatına ciddi töhfə verməyi hədəfləyir.

Mission News Theme by Compete Themes.