Press "Enter" to skip to content

Denizlidə dəhşətli isti asfaltı əritdi

Son yeniləmə: 5 İyun 2024 14:41

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Denizli şəhərində iyunun 4-də dəhşətli isti müşahidə edilib.
Meteorologiya Müdirliyindən alınan məlumata görə, şəhərdə hava istiliyi kölgədə 41 dərəcəyə yüksəlib.

Bu barədə denizli24haber.com saytı məlumat yayıb.

Bildirilib ki, havanın temperaturunun artması ilə əlaqədar bəzi yollarda asfalt əriyib: “Honaz rayonu Aşağığdərə məhəlləsində asfaltın əriməsi səbəbindən avtomobillər aşağı sürətlə hərəkət etmək məcburiyyətində qalıb. Piyadalar da yolu keçərkən yeriməkdə çətinlik çəkiriblər. Müvafiq qurumlar nəqliyyatın hərəkətinin axsamaması üçün əriyən asfalt yollara daş tozu və su töküb”.

Mission News Theme by Compete Themes.