Press "Enter" to skip to content

Baş nazir Ankaraya səfər edib

Ünal Üstel (solda) və Cevdet Yılmaz

Son yeniləmə: 5 İyun 2024 09:29

BAYRAQDAR MEDİA – KKTC-nin baş nazir Ünal Üstel Türkiyəyə səfər edib. Səfərdə məqsəd Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ilə iki ölkə hökuməti arasında 2024-cü il İqtisadi və Maliyyə Əməkdaşlıq Sazişini imzalamaqdır.

Bu barədə Kıbırs Postası məlumat yayıb.

Bildirilib ki, razılaşma iyunun 5-də Ünal Üstel və Cevdet Yılmaz arasında keçiriləcək görüşlərdən sonra imzalanacaq. İmzalanma mərasimindən sonra Baş nazir Üstel və Türkiyə vitse-prezidenti Yılmaz birlikdə mətbuat konfransı keçirəcəklər”.

KKTC hökumətinin məlumatına əsasən, 2024-cü il İqtisadi və Maliyyə Əməkdaşlıq Müqaviləsi KKTC-də yeni layihələr və hazırda davam edən layihələr üçün veriləcək maliyyə dəstəkləri ilə yanaşı, sektorların gücləndirilməsi üçün əhəmiyyətli kredit və qrant dəstəklərini ehtiva edir.

Mission News Theme by Compete Themes.