Son yeniləmə: 5 İyun 2024 15:06
BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsinin sədri Ayşe Ünlüce AK Parti Eskişehir İl başqanı Gürhan Albayraka cavab səfəri edib.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “Eskişehir Böyükşəhər Bələdiyyəsi sədrinin birinci müavini Hasan Ünal, ikinci müavini Ali Haydar Çelik və CHP İl sədri Talat Yalazın da iştirak etdiyi görüş səmimi bir mühitdə keçib. Səfər zamanı çıxış edən Ayşə Ünlüce “AK Parti Eskişehir İl başqanı Gürhan Albayraka cavab səfəri etdik. Gözəl və məhsuldar görüş oldu. Biz Sədrimizin apardığı dialoqu davam etdirməli, vaxtaşırı belə görüşlər keçirməliyik. Qonaqpərvərliyinə görə təşəkkür edirəm” deyib.
Öz növbəsində cavab səfərinə görə A.Ünlüceyə təşəkkür edən G.Albayrak deyib: “Eskişehirin yolunu açacaq hər bir layihədə əlimizdən gələni etməyə hazırıq”.