BAYRAQDAR MEDİA – Hər il 5 iyun Azərbaycanda “Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” peşə bayramı günü kimi qeyd edilir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu günlə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Agentliyin kollektivi Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.
Daha sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.