BAYRAQDAR MEDİA – İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi fitva verərək bundan sonra ölkədə yeni doğulan uşaqlara yalnız fars adı qoyulacağını qərarlaşdırıb.
Bu haqda açıqlamanı millət vəkili Sabir Rüstəmxanlı özünün sosial media hesabında paylaşıb.
Sabir Rüstəmxanlı yazıb ki, “İslamda belə qəddarlıq yoxdur! Olmamalıdır!”
O, daha sonra qeyd edib ki, “Ayətullah Əli Xameneyinin fərmanı ilə bundan sonra İran İslam Respublikasında yeni doğulan körpələrə yalnız fars adı veriləcək!.. Bəh, bəh, bəh! İslam dininin vəd etdiyi insan sevgisinin, qardaşlığın, bərabərliyin səviyyəsinə baxın e! Görün, hər xalqa ayrıca dil verməsiylə öz böyüklüyünü və fəzilətini göstərən Allahımızın hökmlərinin bu şiə allahsızlarının yanında bir zərrə dəyəri var, yoxsa yox?.. Hər şeyi urvatdan salıb bu urvatsızlar! Ərəb o tərəfə çəkir ki, cənnətin dili ərəbcədir (yalançının imanına lənət!), fars bu yana çəkir ki, hamıya anasıyla, bacısıyla evlənən Kəmbislərin adları veriləcəkmiş!”
Millət vəkili sözlərinə belə davam edib: “Ey İslamı dünyaya yayan talesiz türk! Bəs sənin heysiyyətin haradadır? Sabah başını qaldır, de ki, bitdi!.. Heç bir ərəb, fars adı qoymayacağam yeni doğulan yavruma! Ey Türk, titrə, özünə dön və İslamı bir daha ərəb, fars yarımçıqlıq zehniyyətindən xilas et!”