Son yeniləmə: 4 İyun 2024 15:57
BAYRAQDAR MEDİA – Bilecikdə maraqlı anlar yaşanıb. Bozüyük Ertuğrulgazi Dərnəyinin üzvləri əcdadlarının mədəni dəyərlərini yaşatmaq, üzvləri arasında birlik və həmrəyliyi inkişaf etdirmək üçün Bozüyük Aksütekke kəndində toy məclisi mərasimi təşkil ediblər.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Bildirilib ki, “məktəb bağçasında təşkil edilən toy məclisində Biləcik Anadolu Qadınlar Dərnəyi hazırladıqları folklor nümayişlərini təqdim edib. Dərnəyin qadın şöbələri toya öz yerli geyimlərində qatılıblar”.
Məlumata görə kişilər dərnəyin saz və xor artistlərinin oxuduğu gözəl xalq mahnılarının müşayiəti ilə yerli zeybək rəqslərini ifa ediblər.
Dərnək sədri Mehmet Koca açılış nitqində bunları söyləyib: “İnsanları bir araya gətirən türkülərdir, türklük şüurunu yaşadan türkülərdir, bizi gah kədərləndirən, gah güldürən, birləşdirən türkülərdir”.