Son yeniləmə: 4 İyun 2024 16:51
BAYRAQDAR MEDİA – Quzey Makedoniyada vəzifəsini tərk edən müdafiə naziri Slavyanka Petrovska Makedoniya Sosial Demokratlar İttifaqının (SDSM) sədrliyinə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Bildirilib ki, Dimitar Kovaçevskinin sədr postyndan istefası ilə partiyadaxili seçkilərə hazırlıq başlayıb.
SDSM-də sədr seçkilərinin iyunun 30-da keçiriləcəyi gözlənilir. Hələlik bir neçə nəfərin sədr postuna namizəd olacağı xəbərləri yayılıb.