Son yeniləmə: 4 İyun 2024 10:23
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə iyunun 4-də Nazirlər Kabinetinin növbəti iclası keçiriləcək. Cümhurbaşqanı Recep Tayyip Erdoğanın rəhbərliyi ilə keçiriləcək iclasda bir sıra məsələlər müzakirə ediləcək.
Bu arada isə iclasda Qurban bayramı ilə qərarın qəbul ediləcəyi barədə də xəbərlər yayılıb.
Türkgün Gazetesi xəbər verir ki, bayramda 9 gün tətil olacağı ilə bağlı gözləntilər reallığa çevirlə bilər: “Cümhurbaşqanı R.T.Erdoğanın sədrliyi ilə keçiriləcək Nazirlər Kabinetinin iclasında bayramın müzakirə ediləcəyi gözlənilir. Bu il Qurban bayramı 16-17-18 və 19 iyun günlərini (bazar-bazar ertəsi-çərşənbə axşamı-çərşənbə) əhatə edir. İyunun 14-ü cümə günü məktəblər bağlandıqda milyonlarla insanın tətilə gedəcəyi gözlənilir. Bu səbəbdən 9 günlük tətil gözləntiləri artıb”.