Son yeniləmə: 4 İyun 2024 15:45
BAYRAQDAR MEDİA – Böyük Britaniyanın “Global Business Outlook” jurnalı “PashaPay” şirkətinin məhsulu olan m10 elektron pulqabını “Best New E-Wallet Payment Platform – m10 – Azerbaijan 2024” seçib.
Bu barədə BAYRAQDAR MEDİA-ya PaşaPay şirkətindən məlumat verilib.
Bildirilib ki, “Global Business Outlook” mühüm sənaye sektorlarını əhatə edən Böyük Britaniya nəşridir. Nəşrin məqsədi iş dünyasındakı ən mühüm hadisələr və inkişaflar haqqında aparıcı məlumat təminatçısı olmaqdır. Jurnal qlobal bankçılıq, sığorta, brokerlik, fondlar, brendlər, enerji, hotel, daşınmaz əmlak, eləcə də inkişaf etməkdə olan texnologiyalar barədə əhatəli, dərin məlumatlar təqdim edir. Jurnal əsas bazar tendensiyalarını və dünyanın hər yerindən uğurlu biznes strategiyalarını izləyir”.