BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə növbəti əmək yarmarkası təşkil edəcək.
Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Agentlikdən verilib.
Xəbərdə deyilir ki, “yarmarka iyunun 6-sı saat 10:30-dan 13:00-a kimi Laçın şəhərində Seyrangah adlanan ərazidə keçiriləcək. Tədbirdə işsiz və işaxtaran şəxslərə 20-dən çox müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 200-dən çox vakansiya təqdim ediləcək. Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumatlar da veriləcək”.