Press "Enter" to skip to content

Kitab tanıtma: “Kemal Atatürkü xatırlayanda”

Kemal Atatürkü xatırlayanda

Son yeniləmə: 4 İyun 2024 16:15

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı (MEK) nəşrlər sırasında Mustafa Kemal Atatürkün mənəvi qızı, Prof. Afet İnanın “Kemal Atatürkü xatırlayanda” (qazax dilində) kitabı da yer alır.

Nəşr Türk Tarix Cəmiyyəti tərəfindən 2021-ci ildə nəşr olunan A.İnanın “Kemal Atatürk’ü Anarken” kitabının ilk tərcüməsidir. Kitabda ziyalı türk qadın cəmiyyətinin görkəmli nümayəndəsi A.İnanın Türkiyə Cümhuriyyətini quran böyük şəxsiyyət Mustafa Kemal Atatürklə bağlı xatirələri və düşüncələri yer alıb.

Türkiyə Akademiyası bu nəşri Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibəti ilə hazırlayıb.

Kitab Türkiyə tarixi ilə maraqlanan geniş oxucu kütləsi, eləcə də tarixçi və tədqiqatçılar üçün nəzərdə tutulub.

Nəşrdə “Qazi Mustafa Kemal Atatürkün həyatı”, “Atatürk və Çanaqqala döyüşü”, “Atatürkün Ankaraya ilk və son səfəri”, “Atatürk və azadlıq anlayışı”, “Qazi Mustafa Kemal Atatürk və Türk Tarix Cəmiyyəti” və digər başlıqlarda yazılar yer alır.

Mission News Theme by Compete Themes.