Press "Enter" to skip to content

İşə qəbul müsabiqəsinin müsahibə mərhələsi

Müsahibə zamanı

Son yeniləmə: 4 İyun 2024 14:05

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 4-də BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, “müsahibələrdə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 112 namizəd iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsinin keçiriləcəyi vaxt və məkan barədə məlumat öncədən namizədlərin şəxsi səhifələrinə göndərilib”.

Qeyd edilib ki, müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilir: “Namizədlər müsahibə mərhələsində uğur qazanmaq üçün 3 meyar üzrə maksimum 5, minimum 3,5 bal toplamalıdırlar. Onu da qeyd edək ki, bağça müdirlərinin işə qəbulu prosesi mərkəzləşdirilmiş müsabiqə əsasında həyata keçirilir, bütün namizədlərə bərabər imkanlar yaradılır”.

Mission News Theme by Compete Themes.