Press "Enter" to skip to content

İki qardaş ölkənin əlaqələri uğurla inkişaf edir

Qazaxıstanın Azərbaycandakə səfirliyi

Son yeniləmə: 4 İyun 2024 09:28

Azərbaycan Qazaxıstanın neft sektoruna sərmayə qoymağa hazırdır

BAYRAQDAR MEDİA – Azərbaycan Qazaxıstanın neft sektoruna sərmayə qoymağa hazırdır. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayelin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövşən Nəcəflə görüşündə deyilib.

Səfirlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə görüş zamanı Alim Bayel Qazaxıstanla Azərbaycan arasında əlaqələrin bütün sahələrdə, o cümlədən neft sektorunda uğurla inkişaf etdiyini qeyd edib: “Belə ki, 2023-cü ildə Qazaxıstan neftinin Azərbaycan ərazisi üzərindən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunmağa başlayıb. 2023-cü ildə Aktau limanından Azərbaycan istiqamətinə 1057 min ton Qazaxıstan nefti nəql olunub. 2024-cü ilin yanvar-aprel aylarında bu göstərici 490 min tonn təşkil edib”.

Səfir deyib ki, 2024-cü ilin martında Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin Azərbaycana dövlət səfəri çərçivəsində “KazMunayQaz” ilə SOCAR arasında Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə tranzit həcmlərinin tədricən artırılması haqqında saziş və Qazaxıstan neftinin alqı-satqısına dair strateji əməkdaşlıq haqqında memorandum imzalanıb: “Hazırda tərəflər həcmin bundan sonrakı artımı mümkünlüyü ilə bağlı işlər görürlər. Qazaxıstan həmçinin Bakı-Supsa neft kəmərinin istifadəsi ilə bağlı Azərbaycanın təklifini nəzərdən keçirir. Sözügedən istiqamət üzrə daşımalar kommersiya şərtlərindən asılı olacaq”.

Məlumata görə Rövşən Nəcəf qardaş Azərbaycan ilə Qazaxıstan arasında xüsusi qarşılıqlı münasibətləri qeyd edib: “Milli neft-qaz şirkətləri arasında uğurlu qarşılıqlı fəaliyyət vurğulanıb. Görüşdə neft-qaz sahəsində gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, Azərbaycan tərəfi Qazaxıstanın neft yataqlarına maraq göstərir və sərmayə qoyuluşu imkanlarını nəzərdən keçirir”.

Mission News Theme by Compete Themes.