Son yeniləmə: 4 İyun 2024 12:42
BAYRAQDAR MEDİA – Türkiyənin Vəqflər Ümumi Müdirliyi tərəfindən İl Bilge Hatun Vəqfinin yaradılması ilə bağlı qərar Resmi Gazetedə dərc edilib.
Bu barədə Türkgün Gazetesi məlumat yayıb.
Bildirilib ki, Vəqfin məqsədi “sosial xidmət, sosial yardım, sosial müdafiə, sağlamlıq və sosial həmrəylik sahəsində araşdırmalar aparmaq və sənəddə göstərilən digər məqsədləri həyata keçirmək”dir.
Vəqfinn təsisçilərinin MHP lideri Devlet Bahçeli, İsmayıl Faruk Aksu , Erkan Haberal, Ali Uçak, Hüseyin Akgül və Fatihin Çetinkaya olduğu bildirilib.
Eyni zamanda Vəqfin büdcəsinin 500 min Türk Lirəsi olduğu açıqlanıb.