Press "Enter" to skip to content

Bayram günündə tarixi addım – VİDEO

Qasım-Jomart Toqayev

Qasım-Jomart Toqayev: Qazaxıstan bayrağı bütün dünyada birlik və həmrəylik əlaməti kimi qəbul edilir

BAYRAQDAR MEDİA – Hər il iyunun 4-də qardaş Qazaxıstanda Dövlət Rəmzləri Günü kimi bayram edilir. Bu dəfə isə bu gün daha bir əlamətdar və tarixi addımla yadda qalıb. Belə ki, Astanada “Atameken” etno-memorial kompleksində Dövlət bayrağının təntənəli qaldırılması mərasimi keçiirlib.

Kazinforum xəbər verir ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev mərasimdə iştirak və çıxış edib.

Məlumata görə Dövlət Himni səsləndirilməsindən və Qazaxıstan Respublikasının Dövlət bayrağının qalıdırlmasından sonra çıxış edən Qasım-Jomart Toqayev Qasım-Jomart Tokayev tədbir iştirkaçılarını Dövlət Rəmzləri Günü münasibətilə təbrik edib.

Astanada “Atameken” etno-memorial kompleksində Dövlət bayrağının təntənəli qaldırılması mərasimi keçiirlib
Astanada “Atameken” etno-memorial kompleksində Dövlət bayrağının təntənəli qaldırılması mərasimi keçiirlib

Dövlət başçısı qeyd edib ki, bu əlamətdar bayram dövlətçiliyin möhkəmlənməsini təcəssüm etdirir: “Göy-mavi bayrağımız qürurla dalğalansın! Onu şərəfləndirmək hər bir vətəndaşın müqəddəs borcudur. Mavi səmada dalğalanan bayrağımız hər birimizə Vətənimizə hörmət hissini aşılayır. Bu bayraq idman qələbələri sayəsində bir çox beynəlxalq turnirlərdə dəfələrlə zirvələrə yüksəlib. Bu yaxınlarda ilk qazax alpinist bayrağımızı yenidən dünyanın ən hündür nöqtəsi – Everest zirvəsi üzərində qaldırdı. Yay Olimpiya Oyunları yaxınlaşır. Əminəm ki, idmançılarımızın qələbələri şərəfinə səmavi bayraq Parisin arenaları üzərində bir dəfədən çox yüksəklərdə dalğalanacaq”.

Məlumata görə dövlət başçısı daha sonra “Qazaxıstan bayrağı bütün dünyada birlik və həmrəylik əlaməti kimi qəbul edilir. Qazaxıstanın müstəqilliyini və xalqın birliyini təcəssüm etdirən yüksəkliklərdə dalğalanan bayraq bizdə ən ali hissləri oyadır” deyib.

Mission News Theme by Compete Themes.