Press "Enter" to skip to content

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 Vikipediyada

Xəyalə Məmmədli və Röya İsrafil

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli Vikipediyada COP29, yəni 2024-cü ilin Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə 29-cu konfransı haqqında olan məqaləni əsaslı redaktə edib.

Məqalə COP29-un “Tarixi, “Məqsədi, “Azərbaycanın “yaşıl vədləri””, “Turizmə təsiri” adlı başlıqlardan ibarətdir.

X.Məmmədli məqalə barədə BAYRAQDAR MEDİA-ya məlumat verib: “Məqalə üzərində işləməyə yanvarın 22-dən başladım. Qeyd edim ki, məqalə Vikipediyada 2 cümlədən ibarət olaraq var idi. Mən isə məqaləni əsaslı redaktə etdim, genişləndirdim və hər dəfə COP29 ilə bağlı hansısa məlumat olursa, onu məqaləyə əlavə edirəm. Məqaləni təxminən bir aya hazırlamışam. Həm də konfrans bitəndən sonra əldə ediləcək nəticə haqda da məqaləyə əlavələr edəcəyəm”.

Bildirək ki, bu ilin yanvarında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un prezidenti seçilib.

Qeyd edək ki, COP-un ilk toplantısı 1995-ci ildə Berlində keçirilib.

Mission News Theme by Compete Themes.