Press "Enter" to skip to content

Tacikistan hərbçiləri də Azərbaycanda

Qonaqlara Azərbaycan təcrübəsi tanıdılır

BAYRAQDAR MEDİA – 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Tacikistan Hərbi Hava Qüvvələrinin nümayəndələri Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) ilə görüş keçirib.

Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən verilib.

Xəbərdə deyilir ki, “görüşdə qonaqlara Azərbaycan HHQ-nin tarixi və fəaliyyəti haqqında brifinq təqdim olunub, 44 günlük Vətən müharibəsində HHQ-nin rolu haqqında məlumat verilib, pilotsuz uçuş aparatlarından istifadəyə dair fikir mübadiləsi aparılıb, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib”.

Məlumata görə, Tacikistan nümayəndə heyəti Azərbaycan HHQ-nin hərbi hissələrini və hərbi təhsil müəssisələrini ziyarət edib.

Bildirilib ki, “tacikistanlı qonaqlara Azərbaycan Ordusunun arsenalında yer alan bəzi pilotsuz uçuş aparatları əyani olaraq göstərilib, qurğuların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib”.

Mission News Theme by Compete Themes.