Press "Enter" to skip to content

Təbriz qəbiristanlığından türk izləri silinir

Bunlar abidədir, silinir

BAYRAQDAR MEDİA – Güney Azərbaycanın Təbriz şəhərinin Güney Doğusunda yerləşən minillik tarixi olan “Pinə şalvar” qəbiristanlığı dağılmaq üzrədir.

Bu barədə xəbəri GünAz.TV yayıb.

Xəbərdə deyilir ki, “özünəməxsus baş və sinə daşları ilə tanınan tarixi qəbiristanlıq, islamdan əvvəl, islam dövrü və ondan sonrakı dövrdə bölgədə yaşayanların dəfn edildiyi yerdir. Qəbiristanlıqda çox sayda tarixi şəxsiyyətin, o cümlədən Elxanlılar sülaləsinin ikinci şahı Sultan Uveysin məzarı var”.

Güneyli fəallar İranın tarixi abidənin məhv olmasında maraqlı olduğunu yazıb: “Tarixi qəbiristanlığın qorunması və qeydiyyata alınması ilə bağlı edilən müraciətlər nəticəsiz qalıb”.

Mission News Theme by Compete Themes.