Son yeniləmə: 3 İyun 2024 13:00
BAYRAQDAR MEDİA – AK Partiya qaynaqlarından alınan məlumata görə Qızılcahamam rayonunda keçirilən Məşvərət və Qiymətləndirmə Yığıncağında partiyanın qurultay prosesinin oktyabr ayında başlayacağı öyrənilib.
Bu barədə Türkgün Gazetesi məlumat yayıb.
Bildirilib ki, “prosesin ilk olaraq yerlərdə başlayacağı gözlənilir. Daha sonra isə qurultay olacaq. Qurultayın vaxtı hələ açıqlanmayıb. Bundan əlavə, iyun-oktyabr ayları arasında partiya təşkilatları tərəfindən “Türkiyə toplantıları” və “Məsləhət toplantıları”nın keçiriləcəyi də öyrənilib.