Son yeniləmə: 3 İyun 2024 18:51
BAYRAQDAR MEDİA – 36 qadın siyasi məhbus Tehrandakı bədnam Evin həbsxanasında saxlanılan Güney Azərbaycanlı hüquq müdafiəçisi və 2023-cü il Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədinin məhkəmə iclasının açıq keçirilməsini tələb edib.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “məhbuslar Nərgiz Məhəmmədinin mühakiməsi zamanı cinsi zorakılıq halları ilə bağlı şahidlərin və müstəqil medianın məhkəmə iclasına buraxılmasını vacib hesab ediblər”.
Vurğulanıb ki, “Nərgiz Məhəmmədi həbs olunan qadınlara qarşı cinsi zorakılıq faktlarını ifşa etdiyinə görə İnqilab Məhkəməsində mühakimə olunacaq”.