Press "Enter" to skip to content

“Nənə, mən prezidenti gördüm”

Şamşi Bakıtjanov özünü xoşbəxt sayır

Son yeniləmə: 3 İyun 2024 12:02

BAYRAQDAR MEDİA – 2023-cü ilin dekabr ayında Aktobedən olan məktəbli Şamşi Bakıtjanov prezidentlə görüşü barədə nənəsinə danışdığı təsirli video bütün ölkədə maraqla qarşılanmışdı. Bununla da Şamşi Bakıtjanov bütün Qazaxıstanda tanınıb.

Tengrinews.kz xəbər verir ki, o, bu günlərdə daha bir arzusunu həyata keçirib.

Şamşi Bakıtjanov deyib ki, dövlət başçısı Qasım-Jomart Toqayevin təhsil aldığı məktəbə baş çəkməsi onun üçün böyük sürpriz olub: “Prezident məktəbimizə gələndə onunla görüşəcəyimi gözləmirdim. Bu barədə mənə birdən dedilər, elə bildim ki, zarafatdır. Amma hər şey təsdiqlənəndə şoka düşdüm. Bu Prezidentdir, onunla çox adam görüşə bilməz. Sonra mənim ağlıma Akordanın rəsminin çəkmək fikri gəldi və uşaqlarla birlikdə həmin rəsmi prezidentə təqdim etdik. Biz çox istəyirdik ki, Akordaya gedək, prezidentin necə və harada işlədiyini görək”.

Beləliklə, onun arzusu gerçəkləşib. Məlumata görə 10-cu sinif şagirdi digər məktəblilərlə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Akordaya ekskursiyada iştirak edib.

Qasım-Jomart Toqayevin iqamətgahı ilə tanışlıq zamanı oğlan gördüklərindən çox təsirlənib və digər uşaqlarla birlikdə himni oxuyub.

Mission News Theme by Compete Themes.