Son yeniləmə: 3 İyun 2024 10:38
BAYRAQDAR MEDİA – Ünvanlı sosial yardım proqramına müraciət prosedurunun daha da təkmilləşdirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ünvanlı yardım” elektron sistemi yenidən qurulub.
Bu barədə BAYARQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.
Bildirilib ki, “bundan sonra ünvanlı yardımüçün müraciət edən şəxslərdən aşağıdakı məlumatların qeyd edilməsi tələb olunmayacaq: Ailə üzvlərinin pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları; əmək haqqı üzrə gəlirlər; tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları; daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması; kommunal xərcləri, telefon nömrələri və xərcləri; sərhədkeçməsi, cəzaçəkmə müəssisəsində olması; əlilliyinin olması, əlilliyi olan şəxsə qulluq etməsi; özünüməşğulluq proqramı üzrə müqavilənin olması; 3 yaşadək uşağa qulluq etməsi, buna, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması. Bu məlumatlar müvafiq qurumların informasiya sistemlərindən əldə olunacaq. Məlumatlar müraciət edən şəxsinmüraciətini təsdiqlədikdən sonra müvafiq qurumlardan sorğulanacaq ki, bu da müraciətin texniki xəta olmadan tamamlanmasına imkan yaradacaq”.
Məlumata əsasən yardımla bağlı müraciət edən şəxsə müraciəti ilkin ərizə formasında yaddaşda saxlamaq və sistemə göndərmədən müraciətə düzəliş etmək imkanı da yaradılıb: “Müraciət zamanı hansı məlumatların daxil edilməli olduğu da infolövhələrdə əks olunacaq. Ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent və sayğac nömrələri, həyətyanı sahə ilə bağlı məlumatların və s. “Ərizə-bəyannamə”də düzgün qeyd edilmədiyi aşkarlandıqda da həmin məlumatlara operativ qaydada düzəliş edilməsivə müraciətə yenidən baxılması imkanı yaradılacaq”.
Ünvanlı yardımla bağlı müraciət prosedurunun asanlaşdırılması məqsədilə yeni “Ünvanlı yardım” e-sisteminə giriş yalnız “Digital (ASAN) Login” üzərindən mümkün olacaq. Bu, həmçinin yeni e-sistemdən daha təhlükəsiz, texniki xəta olmadan istifadə edilməsinə, ünvanlı yardım üçün vətəndaşlar tərəfindən müraciətlərin olunması zamanı kənar şəxslərin vasitəçi qismində qanunsuz müdaxiləsinin qarşısının alınmasına xidmət edir.
Vətəndaşlar “Digital (ASAN) Login”i heç yerə getmədən və sənəd toplamadan digital.login.gov.az portalında elektron qaydada qeydiyyatdan keçməklə əldə edə bilərlər.