Press "Enter" to skip to content

Müdir vəzifəsinə qəbul üçün müsahibə mərhələsi

MÜTDA

BAYRAQDAR MEDİA – Məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə qəbul üçün test imtahanı mərhələsindən uğurla keçmiş 177 nəfər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olub.

Xəbərdə bildirilir ki, “müsahibə mərhələsi 3-6 iyun tarixlərində keçiriləcək. Müsahibələrin keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu mərhələdə namizədlərə ünsiyyət və təqdimat, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilir”.

Qeyd edək ki, bağça müdirlərinin işə qəbulu prosesi mərkəzləşdirilmiş müsabiqə əsasında həyata keçirilir, bütün namizədlərə bərabər imkanlar yaradılır.

Agentlik müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayıb.

Mission News Theme by Compete Themes.