Son yeniləmə: 2 İyun 2024 08:06
BAYRAQDAR MEDİA – Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi “Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş hesabat konserti keçirib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən verilib.
Bildirilir ki, konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, mədəniyyət işçiləri, uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.
Qeyd olunur ki, tədbirdə Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında qısa məlumat verilib.
Sonra məktəbin bütün şöbələri üzrə təhsil alan şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.
Tədbirin sonunda İbrahim Əliyev və S.Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin direktoru Vaqif Abbasov 6 nömrəli uşaq musiqi məktəbinin direktor əvəzi Raminə Ağayevaya və kollektivə işində uğurlar arzulayaraq xoş diləklərini çatdırıblar.