Press "Enter" to skip to content

Kuklaçılar balacaları sevindirib

Uşaqlar sevinir

Son yeniləmə: 3 İyun 2024 11:02

BAYRAQDAR MEDİA – Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Dövlət Kukla Teatrının (ADKT) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Kukla Teatrının təmsilçiləri və “Oyuq” Uşaq Teatrı yetirmələri maraqlı proqramla çıxış ediblər. Teatrın repertuarındakı “Cırtdan” və “Qırmızıpapaq” tamaşalarından səhnəciklər, eləcə də istedadlı balaca ifaların təqdimatında vətənpərvər ruhlu nəğmələrlə yerli uşaqları, məktəbliləri və bağça yaşlı balacaları təbrik ediblər”.

Böyük coşqu ilə keçən bayram tədbirində iştirak edən uşaqlar sevinc və əyləncə dolu günün sonunda qonaqlarla xatirə şəkilləri çəkdiriblər. Tədbir sonunda balaca dostlara hədiyyələr paylanılıb.

Mission News Theme by Compete Themes.