Son yeniləmə: 3 İyun 2024 11:21
BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) müxtəlif mövzulu nəşrlərdən biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ümumi Psixologiya kafedrasının professoru, psixologiya üzrə fəlsəfə doktoru Elmar Hüseynovun müəllifi olduğu “Ailənin psixoterapiyası” dərsliyidir.
Kitabda ailənin inkişafının hər mərhələsinin tipik psixoloji problemləri və xüsusiyyətləri ətraflı müzakirə olunub, ailənin psixoterapiyasının müxtəlif məktəblərinin qısa təsvirləri verilib.
Təhsilə sosial-psixoloji xidmət ixtisasında təhsil alan tələbələr üçün yazılan dərslik təkcə tələbə və müəllimlər üçün yox, həm də praktiki psixoloqlar üçün faydalıdır.
Dərsliyin elmi redaktoru ADPU-nun Ümumi Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Ülviyyə Əfəndiyeva, rəyçiləri ADPU-nun “Məktəbəqədər təhsil” fakültəsinin dekanı, pedaqogika elmlər doktoru, Dos. Nailə Hüseynova, ADPU-nun Pedaqoji Psixologiya kafedrasının professoru, psixologiya elmlər doktoru Ərastun Baxşəliyev, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasartırma İnstitutunun direktoru, psixologiya elmlər doktoru, Prof. Gülnarə Qurbanova, Təhsil İnstitutunun Psixologiya və Yaş Fiziologiyası şöbəsinin müdiri, psixologiya elmlər doktoru, Prof. Elxan Bəylərov, Bakı Slavyan Universitetinin (BSU) Psixologiya və Pedaqogika kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Gülnarə Həsənova, ADPU-nun Ümumi Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Nurəngiz Rzayeva, korrektoru isə ADPU-nun Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayevadır.