Press "Enter" to skip to content

İngiltərədə KKTC ilə bağlı mühüm addım

KKTC

Son yeniləmə: 3 İyun 2024 10:41

Böyük Britaniyada 54 millət vəkili KKTC-yə birbaşa uçuşların başlanmasını tələb edən məktubu imzalayıb

BAYRAQDAR MEDİA – Böyük Britaniyada 54 millət vəkili Kuzey Kıbrıs Türk Cümhuriyyətinı (KKTC) birbaşa uçuşların başlanmasını tələb edən məktubu imzalayıb.

Bu barədə Türkgün Gazetesi məlumat yayıb.

Bildirilib ki, “millət vəkilləri xarici işlər naziri Devid Kemerona müraciət edib”.
Məktubda aşağıdakıları qeyd ediblər: “Əgər Böyük Britaniya Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olmayan Kosova və Tayvan kimi rəsmi olaraq tanımadığı ölkələrə uçuş icazəsi verirsə, niyə KKTC-yə də olmasın?”

Məlumata əsasən müxtəlif siyasi partiyalardan, o cümlədən hakim Mühafizəkarlar Partiyası və ana müxalifət İşçi Partiyasından olan 54 millət vəkili məktubda Kıbrıs adasının ən böyük hava limanı olan Ercan Beynəlxalq Hava Limanına Böyük Britaniyadan birbaşa uçuşların başlanmasını dəstəklədiklərini bildiriblər: “Məktubda bildirilib ki, Böyük Britaniya etnik mənşəyindən asılı olmayaraq bütün kıbrıslıların bərabərlik şəraitində öz potensiallarına nail olmaq və ayrı-seçkilikdən uzaq şəkildə, azad yaşamaq hüququna malik olmasını təmin etmək üçün məsuliyyət daşıyır. Məktubda İngiltərədə 300 min Kıbrıs türkünün, KKTC-də isə 15 min ingilisin yaşadığı bildirilir”.

Xəbərdə deyilir ki, məktubda İngiltərədən KKTC-yə birbaşa uçuşlara icazə verilmədiyi üçün sərnişinlərin Türkiyə üzərindən KKTC-yə getdiyi, bu vəziyyətin xüsusilə yaşlılar və xəstələr üçün səyahəti çox çətinləşdirdiyi vurğulanıb: “Məktubda İngiltərə hökumətinin KKTC-nin təcridinə son qoyulması ilə bağlı Kıbrıs türk xalqına verdiyi öhdəliyi yerinə yetirmədiyi və tədbirlərin yumşaldılmasını müzakirə etmək istəmədiyi vurğulanıb”.

Məktub bu sözlərlə tamamlanır: “Əgər Britaniya hökuməti Kıbrıs türkləri ilə əsaslı əlaqə qurmaq istəmirsə, biz bunun əvəzinə Rusiya və İran kimi ölkələrə bu addımı atmağa şərait yaratmış olacayıq ki, bu da İngiltərənin Doğu Akdenizdəki strateji mövqeyini əsaslı şəkildə sarsıdacaq”.

Mission News Theme by Compete Themes.