Press "Enter" to skip to content

Dünya şöhrətli alim BDU-da

BDU rektoru ilə xatirə şəkli

Son yeniləmə: 2 İyun 2024 08:24

BAYRAQDAR MEDİA – Dünya şöhrətli alim, Şimali Karolina Universitetinin (ABŞ) Biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancar Bakı Dövlət Universitetinin (BDU) müəllim və tələbələri ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “BDU rektoru Elçin Babayev türk dünyasının tanınmış oğlu A.Sancarın Azərbaycanın ən qədim və böyük universiteti olan BDU-nu ziyarət etməsinin fəxr olduğunu bildirib. Rektor diqqətə çatdırıb ki, A.Sancar elmi irsi və tədqiqatları bəşəriyyətin ən vacib problemlərindən biri olan xərçəngin müalicəsində yeni üfüqlər açır”.

Sonra xəbərdə, “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli çıxışında A.Sancarın türk dünyasının təbiət elmləri üzrə Nobel mükafatına layiq görülən tək görkəmli alimi olduğunu deyib.

“Can Azərbaycanın qəlbimdə ayrıca yeri var, bura sevərək gəlirəm” deyən professor özünü həm də Azərbaycan vətəndaşı hesab etdiyini bildirib. Daha sonra A.Sancar “DNT-nin bərpası və beyin xərçəngi” adlı təqdimatla çıxış edib. DNT-nin bərpası, onun genetik quruluşunun qorunmasından bəhs edən alim bu sahədə araşdırmaların 40 ildən çoxdur ki, aparıldığını bildirib. O qeyd edib ki, xərçəngin qarşısını almaq, inkişafını dayandırmağın ən yaxşı və asan yolu siqaret çəkməməkdir. Tütün məhsulları, xərçəngin müalicəsində istifadə edilən dərmanlar, ultrabənövşəyi şüalar DNT-nın pozulmasına səbəb olur. Bunların tərkibindəki kimyəvi maddələr DNT-nin quruluşunu pozur. Bunun nəticəsində isə xərçəng yaranır. Çox siqaret çəkən insanlarda DNT özünü bərpa edə bilmir və quruluşu pozulur.

A.Sancar yaxın gələcəkdə tədqiqat nəticələrinin xərçəngin müalicəsində tətbiq ediləcəyinə ümidvar olduğunu bildirib.

Mission News Theme by Compete Themes.