Press "Enter" to skip to content

Aziz Sancar MEK-də olub

Qonaq MEK-lə tanış olur

Son yeniləmə: 2 İyun 2024 08:12

BAYRAQDAR MEDİA – Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, Şimali Karolina Universitetinin (ABŞ) Biokimya və biofizika fakültəsinin professoru, dünya şöhrətli alim Aziz Sancar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, YAP Yasamal rayonu təşkilatının sədri Bəxtiyar Nəbiyev, MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynov, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, Dos. Esmira Əlirzayeva, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, MEK-in direktor müavinləri və əməkdaşları iştirak ediblər. İlk olaraq MEK-in foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər güllər düzülüb, dahi rəhbərin əziz xatirəsi anılıb.

Daha sonra İ.Həbibbəyli Türk dünyasının elmi və mədəni əlaqələrinin güclənməsində xüsusi rolu olan qonağa kitabxananın yaranma tarixi haqqında ətraflı məlumat verib. Qonağı AMEA-nın təsisçi alimlərinin büstlərinin hər biri ilə ayrıca tanış edən akademik İ.Həbibbəyli onların elmi və yaradıcılıq fəaliyyətlərindən danışıb”.

Daha sonra xəbərdə, “qonaq Akademiklər zalındakı Diplomatik fondda müxtəlif ölkələrin Azərbaycandakı nümayəndəliklərinin, Türkiyə Cümhuriyyətinin, o cümlədən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin yeni yaranan guşələrindəki MEK-ə hədiyyə etdikləri ədəbiyyatlarla tanış olub. Akademiya rəhbəri Azərbaycan və Türkiyə arasındakı münasibətləri xarakterizə edən milli konsepsiya “Bir millət, iki dövlət” fikrindən bəhs edərək, konsepsiyada Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Türkiyədən ayrı heç vaxt nəzərdə tutulmadığını da vurğulayıb. Dünya şöhrətli alim kitabxana sistemində ilk olan I Qarabağ, Aprel və Tovuz döyüşləri, Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsinin şəhidləri, iştirakçıları, veteran və qaziləri haqqında 3 mindən artıq məlumat, 1 min 5000-dən artıq kitab, video material, fotoşəkillərin yer aldığı MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olub. Həmçinin Ulu Öndərin və Prezident İlham Əliyevin Qarabağda müxtəlif dövrlərdə çəkdirdikləri fotoşəkillərə, “Zəfər memarları”, “Biz qalib xalqıq!” guşələrinə, üzərində üç minə yaxın şəhid adlarının əks olunduğu Azərbaycan xəritəsinə baxıb” deyə qeyd edilir.

Kitabxananın sərgi salonunda dəyərli alimin elmi fəaliyyətini və həyatının əsas məqamlarını özündə əks etdirən qəzet materialı, jurnal, kitab, eyni zamanda şəkillərdən və videomateriallardan ibarət sərgiyə baxış keçirilib.

İ.Həbibbəyli ənənəvi sərgidəki materialların MEK istifadəçilərinə əlçatan olması üçün “RoboRek” robotunun gəzərək videoformatda da görüntülədiyini nəzərə çatdırıb.

A.Sancarı kitabxanada görməkdən böyük fəxr hissi keçirdiyini deyən H.Hüseynov alimin yaradıcılığının bu elm ocağında xüsusi yeri olduğunu vurğulayıb.

Daha sonra A.Sancar Akademiya, o cümlədən MEK-lə tanışlıqdan məmnunluğunu ifadə edib. Alim MEK-ə özünün müəllifi olduğu “Hayatı və bilimi” adlı kitabı hədiyyə edib.

Sonda xatirə şəkilləri çəkilib.

Mission News Theme by Compete Themes.