BAYRAQDAR MEDİA – Mərakeşin Aqadir şəhərində keçirilən “Afrika Aslanı – 2024” beynəlxalq hərbi təlimlərinin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Azərbaycan Ordusunun hərbi qulluqçusu iştirak edib.
Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən verilib.
Xəbərdə deyilir ki, “kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələlərdən ibarət olan təlimlərdə terror qrupları ilə mübarizə əməliyyatlarına dair müxtəlif tapşırıqlar icra edilib. 20-ci dəfədir keçirilən təlimlərin başlıca məqsədi regional sülhü, eləcə də beynəlxalq təhlükəsizlik və sabitliyi dəstəkləməkdir”.