Press "Enter" to skip to content

Yeni – “Sağlam Radio” gəlir

Sağlam Radio

BAYRAQDAR MEDİA – Azərbaycanın radio məkanında hər kəsə yaxınlığı ilə seçiləcək yeni “Sağlam Radio” 93.0 FM tezliyində iyunun 3-dən yayıma başlayır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “SN-nin dəstəyi ilə yayımlanan radioda həftə içi 5 gün saat 8.00-dan 10.00-dək “Sağlam səhər”, saat 18.00-dan 20.00-dək “Sağlam həyat” verilişləri efirdə olacaq. Bu verilişlərdə Nazirliyin mütəxəssisləri sağlamlığın qorunması, sağlam qidalanma, sağlam həyat tərzinin formalaşdırılması kimi elmi əsaslara söykənən tibbi məlumatlar verəcəklər. Ölkə və dünyada səhiyyə ilə bağlı xəbərləri isə hər saatın sonunda yayımlanan “Sağlam xəbərlər”dən eşitmək mümkün olacaq”.

Qeyd edilib ki, “Sağlam Radio”nun başlıca məqsədi əhalinin sağlamlığının qorunmasını, sağlam qidalanmanı və aktiv həyat tərzini təşviq etməkdir.

Mission News Theme by Compete Themes.