BAYRAQDAR MEDİA – 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “YAŞAT” Fondunun təşkilatçılığı, “Nar”ın dəstəyi ilə “Hədiyyə karvanı” layihəsi həyata keçirilir.
Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya ASAN xidmətdən verilib.
Xəbərdə deyilir ki, “4-cü ildir reallaşdırılan layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarına hədiyyə qutusu çatdırılır. Məqsəd onlara sevinc bəxş etmək, eləcə də onların hərtərəfli inkişafına dəstək olmaqdır”.
Məlumata görə, layihə Azərbaycanın müxtəlif regionlarında 1 min 700-dən çox uşağı əhatə edəcək.