Son yeniləmə: 31 May 2024 11:18
Prof. Dr. Mehmet Yüce: CASCFEN-in türk dünyası ilə bağlı həyata keçirdiyi layihələr təqdirəlayiqdir
BAYRAQDAR MEDİA – “Məlum olduğu kimi bu ilin əvvəlində “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri yanında Məşvərət Məclisinin formalaşdırılmasına qərar verilib. Artıq Məşvərət Məclisinin üzvləri ilə görüşlərə və onlara üzvlük vəsiqələrinin təqdim edilməsinə başlanılıb. Nnövbəti belə görüş UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) dekanı Prof. Dr. Mehmet Yüce ilə keçirilib”.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri deyib.
Onun sözlərinə görə, görüşdə türk dünyasının şahlanış dövrünü yaşadığı qeyd olunub: “Prof. Dr. Mehmet Yüce türk dünyasının şahlanış dövrünü yaşadığını dedi. O, qeyd etdi ki, Türkiyə və Azərbaycanın dövlət başçılarının qardaşlığından, o cümlədən qətiyyətindən güc alan türk birliyi hər keçən gün daha da güclənir. Aparılan uğurlu siyasət, atılan düşünülmüş addımlar sayəsində türk dünyasında inteqrasya hər keçən gün daha da dərinləşir. Təbii ki, bu istiqamətdə görülən işlərin daha geniş areala yayılması üçün qeyri-hökumət təşkilatlarının da üzərinə mühüm vəzifə düşür”.
Məlumata görə, Prof. Dr. Mehmet Yüce deyib ki, CASCFEN-in türk dünyası ilə bağlı həyata keçirdiyi layihələr təqdirəlayiqdir: “TUDİFAK dekanı CASCFEN sədri yanında Məşvərət Məclisinin formalaşdırlmasının təqdirəlayiq hal olduğunu dedi. O, eyni zamanda gənclərin bu məsələlərdə daha fəal olmasının və onların CASCFEN sıralarında daha çox təmsil olunması üçün addımların atılmasının vacibliyini də qeyd etdi”.
Sonda Prof. Dr. Mehmet Yüceyə Məşvərət Məclisinin üzvlüyünə dair vəsiqə təqdim edilib və xatirə şəkli çəkdirilib.