BAYRAQDAR MEDİA – İsveçin Milli Təhlükəsizlik Xidməti SAPO xəbərdarlıq edərək bildirib ki, İran rəqiblərini hədəfə almaq üçün bu ölkədəki cinayət şəbəkələrindən istifadə edir.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “bu fəaliyyətlər əsasən xaricdəki İrana müxalif qrupları və ayrı-ayrı şəxsləri hədəfə alır, eyni zamanda İsrail və digər bənzər ölkələrin nümayəndələrini də əhatə edir”.
SAPO vurğulayıb ki, “belə addımlar İsrail və yəhudilərin İsveçdəki maraqlarına, məqsədlərinə və fəaliyyətlərinə zərər vurmaq məqsədi ilə həyata keçirilə bilər. İran İsrailə və İsveçdə Tehranın təhlükə hesab etdiyi digər ölkələrə və qruplara qarşı zorakılıq aktları həyata keçirmək üçün bəziləri uşaq olan cinayətkar dəstələrin üzvlərini əməkdaşlığa cəlb edir”.