Press "Enter" to skip to content

İran türk adlarından istifadəni qadağan edir

Tehran

BAYRAQDAR MEDİA – İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Fars Dilinin Qorunması Şurasının toplantısında adları fars dilində olmayan ictimai obyektlərə, komplekslərə qarşı sərt tədbirlərin görüləcəyini deyib.

Bu barədə xəbəri Güney Azərbaycan Demokratik Türk Birliyi yayıb.

Məhəmməd Mehdi bildirib ki, “qanunu pozanlar olarsa, prokurorluğa məlumat göndərəcəyik. Lazım gələrsə, məhkəməyə şikayət verəcəyik. Əsasnaməyə əlavə və dəyişikliklərə ehtiyac olarsa, hökumətdə təsdiq edəcəyik”.

Məlumata görə, sözügedən İslami İrşad və Mədəniyyət Nazirliyi ölkədə ictimai məkanlara türk və başqa dillərdə adların verilməsinə qadağa qoyub.

Mission News Theme by Compete Themes.