BAYRAQDAR MEDİA – Güney Azərbaycan milli hərəkatının fəalları Davud Şiri, Cavad Əhmədzadə, Hüseyn Amani Nadarlı və Əlirza Sabiriyə qarşı irəli sürülən ittihamlara görə aparılan araşdırma Təbriz İnqilab Məhkəməsinə verilib.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “Təbrizin 2 saylı Cinayət Məhkəməsi fəallara qarşı irəli sürülən ittihamlarla bağlı aparılan araşdırmaların səriştəsiz hesab etdiyi 120 saylı bölmədən sözügedən məhkəməyə göndərilməsinə qərar verib”.
Vurğulanıb ki, “güneyli fəallar daha öncə SEPAH-ın Kəşfiyyat Təşkilatı tərəfindən həbs edilib və bir aydan sonra zaminə buraxılıblar”.