Press "Enter" to skip to content

Erkən uşaqlıq dövrü ilə bağlı konfrans

İlqar Qasımov

BAYRAQDAR MEDİA – Bakıda mayın 31-də “Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” adlı konfrans keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah, səhiyyə nazirinin müavini İlqar Qasımov, təhsil nazirinin müavini Firudin Qurbanov və digər qurumların rəhbər şəxsləri çıxış ediblər. Konfransda çıxış edən İ.Qasımov hazırda Azərbaycanda uşaq problemlərinin həllinə yönələn onlarla Dövlət proqramın həyata keçirildiyini vurğulayıb. Azərbaycanda bir çox vacib səhiyyə, təhsil, uşaq və sosial müdafiə proqramların mövcudluğunu qeyd edən səhiyyə nazirinin müavini qidalanma proqramlarının əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ölkə səviyyəsində uşaqlar və ailələr arasında əlaqələndirən və inteqrasiya olunan Erkən Uşaqlıq Dövrü İnkişafının təşviq edilməsi olduqca mühüm məsələdir. Bu məqsədlə SN-nin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hamiləlik dövründə gələcək körpənin inkişafı və digər əhəmiyyətli tövsiyələrlə bağlı məlumatları cəmləşdirən “Burla Xatun” mobil tətbiqi və “Məktəblinin sağlamlığı” internet portalı istifadəyə verilib. İ.Qasımov, həmçinin uşaqlıq dövründə peyvəndlənməyə və dispanserizasiyaya cəlb edilmə, eyni zamanda 0-6 aya kimi yalnız ana südü ilə qidalanmanın təşviqinin vacibliyini qeyd edib”.

Tədbirdə erkən uşaqlıq dövründə uşaqların inkişafı ilə bağlı film nümayiş olunub.

Konfrans panel sessiyalarla öz işini davam etdirib. Sessiyalarda SN-nin Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Məftunə İsmayılova, Türkiyə Spastik Uşaqlar Vəqfi, fizioterapevt-mütəxəssis Özge Karanlık və digərləri təqdimatlarla çıxış ediblər.

Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb.

Mission News Theme by Compete Themes.