Press "Enter" to skip to content

Balaca musiqiçinin beynəlxalq uğuru

Balaca Oqtay ifa edərkən

BAYRAQDAR MEDİA – Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin direktoru vəzifəsini icra edən Raminə Ağayevanın təşəbbüsü ilə məktəbin VI sinif şagirdi Oqtay Xudiyev qardaş Özbəkistanın Daşkənd şəhərində təşkil olunmuş “Tashkent Triumph Festival” adlı I Beynəlxalq İncəsənət Konkurs-Festivalında fortepiano ixtisası üzrə uğurlu çıxış edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən daxil olub.

Bildirilir ki, balaca Oqtay Azərbaycanı uğurla təmsil edib. Onun ifası 12 yaşlılar kateqoriyası üzrə 1-ci yerə layiq görülüb.

Qeyd edilir ki, şagird diplom və medalla, onun müəllimi Lalə Useynova isə “Təşəkkür məktubu” ilə mükafatlandırılıb.

Mission News Theme by Compete Themes.