Son yeniləmə: 31 May 2024 09:02
BAYRAQDARDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Aziz Sancar yenidən Azərbaycana səfərə gəlib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata görə səfər AMEA-nın dəvətilə reallaşıb.
Qeyd olunub ki, Aziz Sancar səfərinin ilk günündə Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyi abidəsini ziyarət edib.
Aziz Sancarı ziyarət zamanı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Alaverdi Aşırov müşayiət edib.