Son yeniləmə: 31 May 2024 10:36
BAYRAQDAR MEDİA – Avstraliya İttifaqının Federal Parlamentdə yenicə təsis olunmuş Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun inauqurasiya mərasimi təşkil olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 31-də Azərbaycnaın Azərbaycanın Avstraliyadakı, eyni zamanda, Yeni Zelandiya və Fici Respublikasındakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, məraism dostluq qruöu və Azərbaycan səfirliyinin birgə təşəbbüsü ilə təşkil edilmiş 28 May – Müstəqillik Günü ilə bağlı rəsmi qəbul çərçivəsində reallaşıb.
Məlumata görə tədbir zamanı Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri MaykFrilander və sədrin müavini Rik Vilson çıxış edib. O, Azərbaycanı müstəqillik bayramı münasibəti ilə təbrik edib, 1-3 may tarixlərində Azərbaycanda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiklərini deyib.
Rik Vilson Azərbaycanın regionda və dünyada artan müsbət rolu barəsində də danışıb.
Məlumata əsasən senator və konqresmenlərin, dövlət rəsmilərinin və diplomatik nümayəndəliklərin rəhbərlərininiştirak etdiyi tədbirdə UNFCCC-də Avstraliya nümayəndə heyətinin rəhbəri, xanımDr. Sally Box da çıxış edib: “O, Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə inandığını və Avstraliya İttifaqının ölkəmizi bu məsuliyyətli missiyada dəstəkləyəcəyini söyləyib. Xanım Sally çıxışında,“Hər iki ölkə iqlim dəyişikliyinin həllinə təcili ehtiyac olduğunu başa düşür və gələcək nəsillər üçün daha yaşıl gələcəyə kömək etməyə çalışır. Onların mütərəqqi siyasətləri bərpa olunan enerjinin inkişafında əhəmiyyətli irəliləyişlərə səbəb olub” deyə qeyd edib”.
Tədbir zamanı səfirlik tərəfindən hazırlanmış “COP29 və Azərbaycan üçün yaşıl enerji strategiyası” mövzusunda təqdimat edilib: “Təqdimatda ölkəmizin yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr və gələcəyə baxışı barədə, habelə COP 29 tədbirinə hazırlıq istiqamətində görülən işlər və çoxsaylı ikitərəfli, çoxtərəfli görüşlər barədə məlumat verilib”.
Qeyd edək ki, Avstraliyanın Federal Parlamentində keçirilən bu tədbir yerli xəbər portallarından olan “vibemedia” geniş işıqlandırıb.