Son yeniləmə: 31 May 2024 11:12
BAYRAQDAR MEDİA – “Azərbaycan Türkiyə İş Adamları Birliyi” (ATİB) təkcə iki ölkə arasinda iqtisadi əalqələrin güclənməsinə dəstək vermir, həm müxtəlif tədbirlərdə, o cümlədən sosial layihələrin icrasında yaxından iştirka edir.
Bu günlərdə bu istiqamətdə daha bir addım atılıb.
ATİB-dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə anadangəlmə və qazanılmış Koxlear İmplantlı, həmçinin fərqli əlilliyi olan müxtəlif yaş qruplarından uşaqlar üçün bayram tədbiri təşkil edilib.
Bildirilib ki, “uşaqların bir araya gətirilməsində “Koxlear İmplant Şəxslərə Sosial Yardım” İctimai Birliyi köməklik göstərib. Əvvəlcə ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyənin İstiqlal Marşı ifa olunub”.
Məlumata görə tədbiri giriş sözü ilə ATİB-in sədri Mürsəl Rüstəmov açıb. O, bu cür anlamlı tədbirin təşkilində dəstək olan hər kəsə öz təşəkkürünü bildirib.
Sonra çıxış edən Milli Məclisin deputatı və Azərbaycan Autizm Assosiasiyasının prezidenti Jalə Əhmədova bildirib ki, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək və diqqətin artırılması sahəsində bir çox işlər görülür: “Təbii olaraq ATİB-in təşkil etdiyi bu tədbir də təqdirəlayiqdir”.
Çıxş edən “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Mehriban Hüseynova da tədbirin əhəmiyyətindən bəhs edib.
Əyləncəli və maraqlı keçən tədbir boyu xatirə şəkilləri çəkilib.