Press "Enter" to skip to content

Arben Taravari: AB yolu ilə davam etməliyik

Arben Taravari

Son yeniləmə: 31 May 2024 11:52

BAYRAQDAR MEDİA – Quzey Makedoniyadakı Alban Alyansının sədri Arben Taravari Kanal 5 televiziyasına maraqlı açıqlama verib.

Yeni Balkan xəbər verir ki, o, iştirak etdiyi proqramda AB prosesinin davam etməsi üçün Quzey Makedoniyanın keçməli olduğu Konstitusiya dəyişikliyindən danışıb.

Bildirilib ki, “A.Taravari seçkidən əvvəl Albaniya partiyaları arasında Konstitusiya dəyişikliyini qəbul etməyən partiyalarla hökumətin qurulmayacağına dair razılaşma əldə olunmasından da danışıb. O, “Belə bir sənəd yoxdur, amma razılaşma var, mən buna bəy müqaviləsi”deyirəm” deyib”.

Məlumata əsasən, açıqlamasında A.Taravar “VLEN”Koalisiyasını Makedoniyanın Avropa yolunda davam etməsi üçün ən yaxşı zəmanət kimi dəyərləndirib: “VMRO-DPMNE və “VLEN” arasında ilk bəyannamədə üç məqam var idi: Avropa yolu, sürətli iqtisadi inkişaf, cinayət və korrupsiya ilə mübarizə və qanunun aliliyi. 2008-ci ilin təkrarını yaşamaq istəmirik, o vaxtdan 2024-cü ilə qədər heç bir iş görülmədi”.

Mission News Theme by Compete Themes.